AZ

Panama Trampın kanalla bağlı danışıqlar bəyanatını təkzib edib

Panama hökumətinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və ya onun nümayəndələri ilə Panama kanalının gələcəyi ilə bağlı heç bir əlaqəsi olmayıb...

Poliqon xəbər verir ki, bunu Panamanın xarici işlər naziri Xavyer Martinez-Aça Vaskes bildirib. XİN rəhbəri əlavə edib ki, kanalın suverenliyi müzakirə mövzusu ola bilməz.

Qeyd edək ki, dünən Tramp yenidən Vaşinqtonun Panama kanalının qaytarılmasını tələb edəcəyini və artıq bu məsələni Panama hakimiyyəti ilə müzakirə etdiyini bildirib.

“Seçilmiş prezident vəzifəsinin icrasına başladıqdan sonra münasibətlər adi və müvafiq rəsmi kanallar vasitəsilə tənzimlənəcək”, deyə deyə Panama Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki bloqunda dərc edilən bəyanatda bildirilir.

Xatırladaq ki, daha əvvəl Donald Tramp Panama kanalından istifadəyə görə yüksək tarifləri tənqid edib və kanala nəzarətin təhvil verilməsinin güzəştdən çox “əməkdaşlıq jesti” olduğunu bildirib.

1914-cü ildə açılan Panama kanalı 63 il ABŞ-ın nəzarətində olub. Ölkələr arasında bağlanmış Torrixos-Karter Sazişi onun mərhələli şəkildə ötürülməsini nəzərdə tuturdu. Proses 1999-cu ildə başa çatıb.

Poliqon.info

Seçilən
29
21
poliqon.info

10Mənbələr