Belçika Federal Qida Zəncirinin Təhlükəsizliyi Agentliyi (AFSCA) vətəndaşlara şam ağacını yeməmələri barədə xəbərdarlıq edib.
Söz.az “France 24”-ə istinadən xəbər verir ki, qeyri-adi xəbərdarlıq ətraf mühit fəallarının iynəyarpaqlı ağacların təkrar emalı ilə bağlı ortaya çıxan tövsiyələri fonunda edilib. Bu barədə telekanalı məlumat yayıb.
Tövsiyyələr arasında ağacdan yemək və efir yağlarının hazırlanması da olub.
Bu tövsiyələrə cavab olaraq, Milad ağaclarının insanların istehlakı üçün nəzərdə tutulmadığı vurğulanıb.