AZ

Venesuelada müxalifət liderinin kürəkəni qaçırılıb

Venesuela müxalifətinin lideri Edmundo Qonzales Urrutia kürəkəninin Karakasda qaçırıldığını bildirib...

Poliqon xəbər verir ki, bu barəfə The Guardian nəşri məlumat yayıb.

Urrutiyanın dediyinə görə, onun kürəkəni Rafael Tudares uşaqlarını məktəbə buraxarkən başlıqlı şəxslər tərəfindən qaçırılıb. O, qızılı bir furqona sürüklənərək zorla mindirilib.

Yanvarın 3-də Venesuelanın hüquq-mühafizə orqanları müxalifətdən prezidentliyə keçmiş namizəd Edmundo Qonzalesin ABŞ prezidenti Co Baydenlə görüşündən sonra onun harada olduğu barədə məlumat verənə böyük mükafat vəd edib. Hakimiyyət müxalifətçi haqqında məlumat üçün 100 min dollar ödəməyə hazırdır.

Sentyabrda Qonzalesin ölkəni tərk etdiyi və İspaniyadan siyasi sığınacaq aldığı bildirilmişdi. ABŞ-da siyasətçi Venesuelanın seçilmiş prezidenti hesab olunur. Eyni zamanda Bayden Venesuelada təkrar seçkilərin keçirilməsini məqsədəuyğun hesab edib.

Poliqon.info

Seçilən
52
poliqon.info

1Mənbələr