Nazir Donald Trampın dediklərini təkzib edir
Panama kanalının suverenliyi müzakirə edilmir.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Mərkəzi Amerika ölkəsinin –Panamanın Xarici işlər naziri Xavyer Martines-Aça Vazquez bildirib.
Nazir ABŞ-nın seçilmiş prezidenti Donald Trampın Panama kanalının mülkiyyətinə dair hökumətlə danışıqların aparılması ilə bağlı dediklərini təkzib edib:
“Prezident Xose Raul Mulinonun başçılıq etdiyi Panama hökumətinin ABŞ-nın seçilmiş prezidenti ilə rəsmi və ya qeyri-rəsmi heç bir təmasları olmayıb”.
ELÇİN