Fələstin BMT Təhlükəsizlik Şurasını ayağa qaldıracaq
Fələstin Qəzza zolağında dərhal atəşkəslə bağlı BMT Təhlükəsizlik Şurasından qətnamə tələb etmək niyyətindədir.
Reyting.az xəbər verir ki, bu barədə Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mansur jurnalistlərlə söhbətində buldirib.
Onun sözlərinə görə, Qəzzada atəşkəslə bağlı yeni qətnamənin qəbuluna ehtiyac var və bu məqsədlə BMT Təhlükəsizlik Şurasının qapılarını döyməyə davam edəcəklər ki, o, ayağa qalxsın və yeddinci fəsildə nəzərdə tutulmuş qətnaməni qəbul etsin.
ELÇİN