ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp sosial şəbəkələrdə qalmaqallı xəritə paylaşıb.
Publika.az xəbər verir ki, o, sözügedən xəritədə hər iki ərazini dövlət bayrağı rəngində boyayaraq Kanadanın ABŞ-ın bir hissəsi olduğunu bəyan edib.
Beləliklə, Tramp Kanadanın təmsil olunduğu yeni “51-ci ştat”la ABŞ ərazisinin necə görünəcəyini göstərmək istəyib.
Bundan əvvəl Tramp Kanada sakinlərinə ölkələrinin ABŞ-ın bir hissəsi olmasının faydalarını, o cümlədən Rusiya və Çin gəmilərindən qorunmağı izah etmişdi.