AZ

Azərbaycanın iri bankı dollarla 7 illik borc alır – İLLİK GƏLİR 7%, BU GÜN BAŞLAYIR

Azərbaycanın bank sektorunun liderlərindən olan «Kapital Bank» qiymətli kağızlar bazarına özünün yeni istiqrazlarını təqdim edib.

Unibank-ın dollar istiqrazlarına 23 investordan 23 sifariş - HƏRRACIN NƏTİCƏSİ

FED.az xəbər verir ki, «Kapital Bank» hər biroi 100 dollar olmaqla 250 min ədəd istiqraz buraxacaq və buraxılışın ümumi məbləği 25 milyon dollar olacaq. İstiqrazların illik gəlirliyi yüksəkdir – illik 7%.

Bu, bankın dollarla yüksək gəlirli ikinci istiqraz buraxılışıdır.

Belə ki, «KapitalBank»ın bu istiqrazlarına 10 min dollar yatıran investiorlar ildə 700 dollar, 100 min dollar yatıranlar isə ildə 7000 dollar və sair bu qayda ilə qazanc əldə edəcəklər. İstiqrazlar üzrə faizlər 3 aydan bir ödəniləcək.

 

İstiqrazlar Bakı Fond Birjasında kütləvi abunə üsulu ilə satılacaq, yerləşdirmənin anterrayteri «Paşa Kapital İnvestisiya Şirkəti»dir.

Qeyd edək ki, “Kapital Bank” ASC-nin yeni dollar istiqrazları 29 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə  premium bazar seqmentində listinqə daxil edilmişdi. Premium bazar seqmentinə daxil edilmək – qiymətli kağızın yüksək etibarlılıq göstəricisidir.

İstiqrazların yerləşdirilməsinə bu gündən- yanvarın 8-dən etibarən Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə başlanacaq. "Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı 8 yanvar 2025-ci il tarixindən başlayaraq 22 yanvar 2025-ci il tarixinə kimi 15 təqvim günü ərzində tamamlanacaqdır. İstiqrazlar üzrə yerləşdirmə 24 yanvar 2025-ci il tarixində baş tutacaqdır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

 

Emitentin adı

“Kapital Bank” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2015005153

İstiqrazın növü və forması

Faizli, təmin edilməmiş sənədsiz, adlı

Ticarət üsulu / forması

Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı

250,000 ədəd

İlkin ticarət qiyməti

100 USD

İstiqrazların buraxılış həcmi

25,000,000 USD

İllik gəlirlilik faizi

7%

Ödəmə periodu

ildə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə hər 3 (üç) təqvim ayından bir

Tədavül müddəti

7 il

Ticarətə buraxılma tarixi

24.01.2025

Anderrayter

“PAŞA Kapital İ.Ş” QSC

Seçilən
55
fed.az

1Mənbələr