Suriya Milli Ordusunun (SNA) “Sülh çeşməsi” (Barış Pınarı) əməliyyatı bölgəsində terror təşkilatı PKK/YPG-yə qarşı mümkün əməliyyat üçün hazırlıq səviyyəsi yüksəldilib.
Publika.az xəbər verir ki, Suriyada 61 illik Baas rejimini devirən Suriya Milli Ordusu Türkiyə ilə sərhəddə yerləşən bəzi bölgədə hazırlıqlar başladıb.
Hələbin Aynularab rayonu, Rakka vilayətinin Ayn İsa rayonu və Həsəkə vilayətinin Tel Temir qəsəbəsinə yaxın cəbhə xəttinə ağır silahlar və döyüşçülər yerləşdirib.
SNA Birgə Qüvvələr Komandiri Əbu Abdullah Məhəmməd bütün cəbhə xəttlərinə hərbi hazırlıqları həyəcan səviyyəsinə yüksəltmələri üçün tapşırıq verib.