AZ

ABŞ Misirə göndərəcəyi hərbi yardımı Livana yönəldir

ABŞ prezidenti Co Baydenin administrasiyası əvvəlcə Misir üçün nəzərdə tutulan 95 milyon dollarlıq hərbi yardımı Livana yönləndirəcək.

Editor.az bu barədə “Reuters”ə istinadla məlumat yayıb. Dövlət Departamenti Konqresi qarşıdan gələn dəyişikliklərlə bağlı məlumatlandıraraq Livan ordusunu Hizbullah ilə İsrail-Livan arasında atəşkəs razılaşmasının həyata keçirilməsində “əsas tərəfdaş” kimi müəyyən edib. Yardımın yenidən bölüşdürülməsi Konqresdəki bəzi demokratların Misirdə insan haqlarının vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə etməsindən sonra baş verir.

Qeyd edək ki, İsrail və Livan arasında 14 aya yaxın davam edən gərginlikdən sonra Amerikanın sülh planı əsasında əldə edilən atəşkəs 2024-cü il noyabrın 27-nə keçən gecə qüvvəyə minib. Əldə edilən razılaşmalara baxmayaraq İsrail ordusu razılaşmanı sistemli şəkildə pozmaqda davam edir. Gündəlik təxribatlara Livanın hava məkanının pozulması, ölkənin cənubuna məqsədyönlü hücumlar, Beyrut da daxil olmaqla böyük şəhərlər üzərində havadan kəşfiyyat və sərhəd icmalarına reydlər daxildir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
59
editor.az

1Mənbələr