AZ

Avtobus zolağı olan küçələrdə sağa dönərkən yol kimindir? - RƏSMİ AÇIQLAMA

Son zamanlar sosial şəbəkələrdə sürücülər avtobus zolaqları səbəbindən ikinci zolaqdan sağa dönmə əməliyyatı etdiklərini və bunun qəza şəraiti yaratdığını bildirirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Operativ Media"nın sorğusuna cavab olaraq bildirilib ki, xüsusi hərəkət zolağı avtobusların və operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır.  

"Xüsusi hərəkət zolaqlarının mövcud olduğu küçələrdə sağa istiqamətlənmək istəyən nəqliyyat vasitələri həmin zolaqla hərəkət edən ictimai və operativ nəqliyyat vasitəsinin üstünlüyünü nəzərə alıb, onlara yol verərək kəsişmələrdə və döngələrdə bilavasitə 2-ci sıradan sağa dönə bilərlər". 

Qeyd edək ki, avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Zolağa daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır" - məlumatda bildirilib. 

Seçilən
35
operativmedia.az

1Mənbələr