Ukraynanın müdafiə naziri Rustem Umerov ölkənin işdən çıxarılan keçmiş infrastruktur naziri Aleksandr Kubrakovu özünə müşavir təyin edib. Bu barədə nazir özünün Facebook səhifəsində məlumat verib.
Umerov yazıb ki, Kubrakovun baş nazirin müavini, infrastruktur naziri və Ukravtodor rəhbəri kimi təcrübəsinin olması vacib amildir. Onun təcrübəsi Ukrayna Silahlı Qüvvələrində (VSU) təchizat və logistika sisteminin təkmilləşdirilməsinə kömək edəcək.
Xatırladaq ki, ötən ilin iyununda Amerikanın “The Walt Street Journal” qəzeti Ukraynanın iki yüksək rütbəli məmurunun, o cümlədən o zaman baş nazirin yenidənqurma məsələləri üzrə müavini, icma, ərazi və infrastrukturun inkişafı naziri postunu tutmuş Aleksandr Kubrakovun istefası barədə yazmışdı. Bu qərar ölkədə birmənalı qarşılanmamışdı.
Nəşr amerikalı və ukraynalı mənbələrə istinadən yazıb ki, məmurların işdən çıxarılması onların Qərb tərəfdaşları ilə sıx əlaqələr saxlaması ilə bağlıdır. Prezident Vladimir Zelenskinin administrasiyası onların təmaslarını təhlükə kimi qəbul edib.
Tural