Rusiyanın Saratov və Engels şəhərləri yanvarın 8-nə keçən gecə pilotsuz uçuş aparatları (PUA) tərəfindən kütləvi hücuma məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə Saratov vilayətinin qubernatoru Roman Busargin öz Telegram kanalında bildirib.
Vilayət rəhbərinin sözlərinə görə, hücum nəticəsində xəsarət alan olmasa da, sənaye müəssisələrindən birinə ziyan dəyib.
“Fövqəladə hallar xidmətləri fəsadları aradan qaldırmaq üçün yerində işləyir”, - Busargin əlavə edib.