AZ

Göneyli ekoloq Urmiya gölünün qurumasının səbəblərini açıqladı

Yazını böyüt
Yazını kiçilt

Güney Azərbaycanda Kənd Təsərrüfatı və Təbii Sərvətlər Araşdırma və Tədris Mərkəzinin üzvü olan güney azərbaycanlı ekoloq Əhməd Bayburdi Urmiya gölünün qurumasına səbəb olan amillərlə bağlı açıqlama verib.

Hafta.az-ın QHA-ya istinadən yazdığına görə, Güney Azərbaycan mediasının gündəmə gətirdiyi xəbərdə ekspert Urmiya gölünün quruması prosesinin 1990-cı illərdə müxtəlif amillər nəticəsində başladığını, prosesin inkişafına insan faktorları və iqlim dəyişikliyi səbəb olduğunu bildirib.

O deyib ki, bölgədəki üzüm bağlarının alma bağına çevrilməsi, gölün ətrafında çox sayda quyuların qazılması, gölü qidalandıran axarların üzərində bəndlərin və gölün ortasında körpünün tikilməsi bus u hövzəsinin qurumasına təsir göstərib. Bundan əlavə, Bayburdi göl suyunun buxarlanma sürətinin yüksək olduğuna diqqət çəkib. Bu vəziyyətin səbəbinin gölün ortasından keçən yolun olduğunu bildirən ekoloq, “Buxarlanmanın qarşısını ala bilməsək, Urmiya gölü su axını artsa belə, əvvəlki vəziyyətinə qayıtmayacaq” deyib.

Göldə ekoloji problemin davam etdiyi və son mövsümdə yağan yağışlara baxmayaraq, suyun həcminin 1 milyard 240 milyon kubmetr olduğu bildirilib. Hazırda gölün sahəsinin  930 kvadratkilometr olduğu bildirilib (Əvvəllər 5500 kvadratkilometr olub).

Seçilən
62
hafta.az

1Mənbələr