ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial media hesabında maraqlı bir paylaşım edib. O, Kanadanın ABŞ-a qoşulacağı təqdirdə xəritənin necə görünəcəyini nümayiş etdirib.
Musavat.com xəbər verir ki, paylaşımda Kanada ərazisi tamamilə ABŞ bayrağı altında təsvir olunub. Trampın bu addımı izləyicilər arasında müxtəlif reaksiyalara səbəb olub.
Trampın bu paylaşımı siyasi məqsəd daşıyıb-daşımadığı bəlli olmasa da, regionda yeni müzakirələrə yol açıb.
Xatırladaq ki, keçmiş prezident tez-tez provokativ açıqlamaları ilə gündəmə gəlir.