“Aktau yaxınlığındakı təyyarə qəzasının əsas məsuliyyəti birbaşa Rusiya rəhbərliyinin üzərinə düşür”.
Bunu Publika.az-aaçıqlamasında hərbi ekspert Telman Qasımov bildirdi.
Onun sözlərinə görə, qəzaya uğramış təyyarənin yaxınlıqdakı hava limanlarında qarşılanması mümkün olub:
“Təyyarələr başqa ölkənin hava məkanına daxil olmazdan əvvəl həmin ölkəyə təyyarə ilə bağlı on rəqəmli kodlar ötürülür. Bununla da onun hərbi, mülki, yaxud hava məkanını pozmaq məqsədi daşıyan bir təyyarə olub-olmadığını ayırd etmək mümkündür. Bu, müəyyən edildikdən sonra heç bir problem olmadığı halda şərait yaradılır, təhlükəsizlik təmin edilir ki, təyyarə uyğun şəkildə eniş edə bilsin.
Həmçinin təyyarənin hündürlüyü və uçuş sürəti ilə də bunu müəyyən etmək olur. İrəli texnologiyalar ilə təchiz olunmuş dispetçer, idarəçilik mərkəzləri bunları çox rahatlıqla müəyyən edirlər. Bütün bunlar mümkündürsə, nə üçün həmin təyyarə vuruldu? Deyək ki, səhvən vuruldu. Vurulduqdan sonra nə üçün imkan verilmədi ki, təyyarə yaxınlıqda olan hər hansı hava limanında eniş etsin?! Havanın dumanlı olması kimi bəhanələr gətirildi. Qəzaya uğramış təyyarənin qarşılanması təşkil edilə bilərdi. Yanğınsöndürənlər, xilaskarlar hamısı əvvəlcədən təşkil oluna bilərdi”.