AZ

ABŞ bu həftə Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edə bilər

ABŞ administrasiyası bu həftə Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edə bilər...

Poliqon xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid X sosial şəbəkəsində məlumat verib.

“Bayden administrasiyası bu həftə Venesuelada Maduro rejiminə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir. Bu barədə iki ABŞ rəsmisi mənə bildirib. Dövlət Departamenti sanksiyaların ilk mərhələsini çərşənbə günü elan edə bilər”, deyə jurnalist yazıb.

Xatırladaq ki, 2024-cü il iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Seçkidən sonra hakimiyyət hazırkı dövlət başçısı Nikolas Maduronun qələbəsini elan edib. Bundan sonra Karakasda polislə etirazçılar arasında toqquşmalar başlayıb.

Avqust ayında Bayden Venesuelada yeni seçkilərin keçirilməsi zərurəti ilə bağlı fikirlərini bildirib. Həmçinin ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel Vaşinqtonun Maduroya təzyiq göstərməyə çalışdığını qeyd edib.

Eyni zamanda, Maduro ABŞ-ın dünyanın digər ölkələrinin daxili işlərinə müdaxilə siyasətinin qəbuledilməz olduğunu bəyan edib.

Poliqon.info

Seçilən
31
poliqon.info

1Mənbələr