AZ

"Qalatasaray" yeni müdafiəçi transfer edir

Türkiyə Super Liqası komandası "Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

"Operativ Media" "Trt Spor"a istinadən xəbər verir ki, "sarı-qırmızılı" klub "Trabzonspor"un sol cinah müdafiəçisi Eren Elmalı və klubu ilə razılığa gəlib.

"Qalatasaray" 24 yaşlı müdafiəçi üçün "Trabzonspor"a 4 milyon avro ödəyəcək.

Qeyd edək ki, bu mövsüm "Trabzonspor"un heyətində 19 rəsmi oyuna çıxan Eren Elmalı 1 məhsuldar ötürmə edib və 1592 dəqiqə meydanda qalıb.

Seçilən
36
3
operativmedia.az

10Mənbələr