Hollivud ulduzu Nikol Kidmanın IMDb səhifəsində onun 102 filmdə rol aldığı yazılıb. Bu məlumat kinosevərlərə onun Oskar laureatı olduğunu və 100-dən çox aktyorluq mükafatı aldığını xatırladır.
Hafta.az-ın “Deadline”a istinadən yazdığına görə, ancaq ulduzun yenidən çəkilmək istədiyini dediyi yalnız bir rol var. Bu rol Kidmanın daha çox diqqətdən kənarda qalan performanslarından biridir.
Kidman “The Guardian”a deyib: “Mənim həqiqətən də qayıtmaq istədiyim personaj “The Others” filmindəki Qreysdir”.
Rejissor Alexandro Amenabarın 2001-ci ildə çəkdiyi qotik qorxu filmi 1945-ci ildə Cersi adasında cərəyan edir.
Filmdə Kidman personajı işığa son dərəcə həssas olan iki azyaşlı uşağını parlaq şüalardan qorumaq üçün çarəsizcə pərdələri bağlı saxlamağa çalışır. Qreys filmin finalına qədər özü özünün ağlı başında olduğuna şübhə etməyə başlayır.
17 milyon dollar büdcə ilə çəkilən film həmin il kassada 210 milyon dollar gəlir əldə edib.
Kidman niyə bu obrazı seçdiyini belə izah edib: “Çünki başqalarının diqqətdən kənarda qaldığını düşünürəm və mən o obrazı sevdim”.
Kidman Halina Reycin tərəfindən idarə olunan “Babygirl” filmində gənc həmkarı ilə münasibətə başlayan CEO rolunda tamaşaçılar qarşısında görünür.
Venesiya Beynəlxalq Film Festivalında Ən Yaxşı Qadın Oyunçu mükafatını qazanan Kidman Qızıl Qlobus nominasiyası da alıb.
Kidman “The Guardian”a açıqlamasında bildirib ki, qadın rejissorla işləməsəydi, eyni tamaşanı göstərə bilməzdi.