Los-Ancelesdə quru hava şəraiti ilə birlikdə güclü külək nəticəsində meşə yanğınları başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat ABŞ mətbuatında yer alıb.
Sakit Okeanın Palisades bölgəsində baş verən yanğında təxminən 3 min hektar ərazi məhv olub, 30 min insan təxliyə edilib.
Kaliforniya qubernatoru verdiyi açıqlamada yanğınla mübarizə səylərinin davam etdiyini və Los-Ancelesdə "fövqəladə vəziyyət" elan etdiyini bildirib.