2024-cü ildə Azərbaycandan xarici bazarlara pomidor ixracında 3,6% artım qeydə alınıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2024-cü ildə Azərbaycandan xarici bazarlara istixana məhsullarının ixracında yüksək göstəricilər qeydə alınıb.
Ötən il ərzində ölkəmizdən xarici bazarlara ixrac olunan istixana məhsulları sırasında pomidor üstünlük təşkil edib.
2024-cü ildə Azərbaycandan xarici ölkələrə 175,430.4 min dollar dəyərində 145,603.2 ton pomidor ixrac edilib.
Qeyd edək ki, 2023-cü ildə xarici bazarlara 161,957.0 min dollar dəyərində 140,588.0 ton pomidor ixrac edilmişdi.
2023-cü illə müqayisədə ixrac olunan pomidorun həcmi 3,6%, dəyəri isə 8,3% artıb.