“New York Foot and Ankle” tibb mərkəzinin mütəxəssisləri maraqlı təcrübə apararaq bir çox insanın niyə müxtəlif ayaq ölçülərinə malik olduğunu öyrəniblər.
Medianews.az “ТСН.ua”ya istinadən xəbər verir ki, bu araşdırmanın nəticələri “Live Science” tərəfindən dərc edilib.
Alimlər insanların ayaqlarının eyni ölçüdə olması mifi təkzib ediblər. Bu mövzuda ən böyük tədqiqatlar ABŞ, Böyük Britaniya və Çində aparılıb. Məlumatların təhlili gözlənilməz nəticə göstərib: insanların 24%-nin sol və sağ ayaqları arasında ən azı 4 millimetr fərq var.
Bədən tarazlığını qoruyarkən sol ayağa böyük yük düşdüyünü əsas götürərkən, əvvəllər sol ayağın daha böyük olduğuna inanılırdı. Lakin Britaniya alimləri 2018-ci ildə sübut ediblər ki, əksinə, qadınların 50%-nin və kişilərin 54%-nin sağ ayağı daha uzundur.
Alimlər müxtəlif ayaq ölçülərinə təsir edən bir neçə əsas amili qeyd ediblər:
Qadınlarda hamiləlik;
irsiyyət;
uşaqlıqda aldığı xəsarətlər;
gipsin uzun müddət qalıcı olması;
hər cür fiziki fəaliyyət, məsələn, balet rəqqasları.
Mütəxəssislər bildirirlər ki, bu problem əksər hallarda ortopedik ayaqqabılar və xüsusi içliklərlə həll oluna bilər. Daha mürəkkəb hallarda isə, cərrahi üsuldan istifadə edilir.