Türkiyənin ticarət naziri Ömər Bolat Türkiyə ilə Banqladeş arasında ticarət və investisiya əlaqələrini inkişaf etdirmək məqsədilə yanvarın 9-da Banqladeşə səfər edəcək.
Ömər Bolat səfər çərçivəsində Banqladeş Müvəqqəti Hökumətinin baş müşaviri və müvafiq nazirliklərin müşavirləri ilə ikitərəfli görüşlər keçirəcək.
Türk iş dünyasının mühüm nümayəndələrinin daxil olduğu nümayəndə heyəti isə ticarət həcminin artırılması və yeni əməkdaşlıq sahələrinin qiymətləndirilməsi məqsədilə "Dəyirmi Masa Toplantısı" təşkil edəcək.
Bundan əlavə, türkiyəli iş adamları ilə cari məsələlər və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılacaq.
Səfər iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm bir addım hesab olunur.