AZ

Deşam Fransa yığmasından gedəcək - Bu gün qərarını rəsmən açıqlayacaq

Fransa yığmasının baş məşqçisi Didye Deşam DÇ-2026-dan sonra komandanı tərk edəcək.

Fanat.Az xəbər verir ki, bu barədə "Lequipe" məlumat yayıb.

Xəbərə görə, Deşam milli komandadan ayrılacağı ilə bağlı rəsmi açıqlamanı bu gün - yanvarın 8-də verəcək. Əslində, məşqçinin bu qərarını bir neçə ay əvvəl verdiyi, lakin indi onu açıqlamağı lazım bildiyi qeyd olunub.

Deşam 2012-ci ildən Fransa millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda DÇ-2018-in və Millətlər Liqası-2022-nin qalibi, həmçinin AÇ-2016 və DÇ-2022-nin gümüş mükafatçısı olub.

2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.

Xatırladaq ki, DÇ-2026-nın Avropa seçmə mərhələsinin püşkatmasının nəticələrinə əsasən, Azərbaycan millisi D qrupunda yer alıb və burada 2024/2025 Millətlər Liqasının 1/4 final mərhələsinin Fransa - Xorvatiya cütünün qalibi ilə oynayacaq. Eləcə də qrupda İslandiya və Ukrayna yığması yer alıb.

Mirağa

Seçilən
41
fanat.az

1Mənbələr