Bakı. Trend:
Ötən il Azərbaycandan xarici bazarlara istixana məhsullarınınixracında yüksək göstəricilər qeydə alınıb.
Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, 2024-cü ilərzində Azərbaycandan xarici bazarlara ixrac olunan istixanaməhsulları sırasında pomidor üstünlük təşkil edib.
Bildirilib ki, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə 175,4milyon dollar dəyərində 145,6 min ton pomidor ixrac edilib.
Qeyd olunub ki, 2023-cü ildə xarici bazarlara 161,9 milyondollar dəyərində 140,6 min ton pomidor ixrac edilmişdi.
Məlumata görə, 2023-cü illə müqayisədə ixrac olunan pomidorunhəcmi 3,6%, dəyəri isə 8,3% artıb.