AZ

Terrorost Elon Maskın "Cybertruck"-nu ChatGPT -nin köməyi ilə partladıb

ABŞ-ın Las-Veqas şəhərində Cybertruck-ın partladılması ilə bağlı cinayət işində maraqlı detallar ortaya çıxıb.

Musavat.com xəbər verir ki, şəhər polisinin şerifi Kevin MakMahill çərşənbə axşamı keçirilən mətbuat konfransında bildirib ki, şübhəli şəxs süni intellekt olan ChatGPT-dən cinayəti planlaşdırmaq üçün istifadə edib.

“Bizdə sübutlar var ki, şübhəli şəxs hücumu planlaşdırmaq üçün ChatGPT-dən yararlanıb,” – deyə şerif qeyd edib.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, şübhəli Metyu Layvelsberqer süni intellekt vasitəsilə partlayıcı maddələrin miqdarını və fişəngləri haradan əldə edə biləcəyini öyrənməyə çalışıb.

Musavat.com xatırladır ki, hadisə Las-Veqasda, “Trump International Hotel”in qarşısında baş verib. “Tesla Cybertruck” pikapının partlaması nəticəsində bir nəfər həyatını itirib, yeddi nəfər xəsarət alıb. Polis, bu hadisəni potensial terror hücumu kimi araşdırır.

“Biz bilirdik ki, süni intellekt bir şəkildə həyatımıza təsir edəcək. Lakin bu, ABŞ-da ChatGPT-dən belə məqsədlə istifadə edildiyi ilk məlum hadisədir,” – deyə şerif vurğulayıb.

Polis şübhəlinin ChatGPT-yə verdiyi sorğulara konkret olaraq hansı cavabları aldığını açıqlamayıb.

Musavat.com

Seçilən
45
1
musavat.com

2Mənbələr