AZ

Bayden administrasiyası Kiyevə sonuncu yardım paketini elan edəcək– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası yanvarın 9-da keçiriləcək "Ramşteyn" toplantısında Ukraynaya yeni hərbi yardım paketini elan etməyi planlaşdırır. Bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb.

Yardım paketinin dəqiq məbləği hələ açıqlanmayıb. Lakin mənbələr bildirir ki, məbləğ kifayət qədər böyük olacaq, lakin Ağ Evdə Konqres tərəfindən təsdiqlənmiş 4 milyard dolların hamısı bu paketə daxil edilməyəcək.

Gözlənilir ki, Bayden administrasiyası dövründə ayrılmayan vəsaitdən təxminən 2 milyard dollar Tramp administrasiyasına keçəcək və onlar bu vəsaitdən öz strategiyalarına uyğun istifadə edəcəklər.

Qeyd edək ki, Rusiya Federasiyasının Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının sədri Aleksey Puşkov daha əvvəl bildirib ki, Kiyev yeni prezident Donald Trampın ABŞ-nin Ukraynaya göndərdiyi hərbi yardımları audit etməsindən ehtiyat edir. Trampın belə bir yoxlama başlatmaq ehtimalının yüksək olduğu qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr