ASELSAN şirkəti ilə Türkiyənin Müdafiə Sənayesi Başqanlığı arasında ictimai təhlükəsizlik rabitə sistemlərinin tədarükü üçün ümumi dəyəri 139.2 milyon ABŞ dolları olan müqavilələr imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.
Müqavilələrə əsasən, tədarüklər 2025-2028-ci illər arasında həyata keçiriləcək.