"Barselona" futbolçuları Dani Olmo və Viktor Paunu müvəqqəti qeydiyyatdan keçirə biləcək.
Publika.az xəbər verir ki, bu barədə "Cadena SER" məlumat yayıb.
Mənbə qeyd edir ki, məhkəmə işə baxdığı müddətdə Olmo və Viktora lisenziya veriləcək. Bu, üç aylıq ola bilər.
Məhkəmə "Barsa"nın tələbinin qanuni əsasa malik olduğunu qəbul edir. Yəni klubun çərşənbə axşamı təqdim etdiyi 52 səhifəlik sənəddə araşdırılmalı kifayət qədər arqumentlər var.