AZ

Erməni siyasətçi sayıqladı-Həqiqi sülh üçün biz hər zaman müharibəyə hazır olmalıyıq- ÖZƏL

Ermənistanın "Hayakve" Milli Vətəndaş Təşəbbüsünün həmtəsisçisi Avetik Çalabyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla bağlı son açıqlamarı haqqında paylaşım edib. 

Olaylar.az xəbər verir ki, o, sosial şəbəkədə sərsəm  bir  paylaşım edərək  "Azərbaycanın Ermənistan dövlətçiliyini tamamilə məhv etməyə çalışdığını" iddia edib.

"Azərbaycan Prezidenti Ermənistanı "faşist dövlət" adlandıraraq və Süniki təslim etmək, həmçinin bu ərazini tərksilah etmək tələbi ilə çıxış edərək, əsl niyyətlərini bir daha nümayiş etdirdi. Bu,  Azərbaycanın və onun himayədarlarının Ermənistan dövlətçiliyini tamamilə məhv etməyə yönəldiyini göstərir," - Çalabyan qeyd edib.

Onun fikrincə, bu məqsəd mərhələli və uzunmüddətli şəkildə həyata keçirilir: "Hər mərhələdə Ermənistanın kapitulyasiya etmiş rejiminə yeni güzəştlər etdirilir. Hakimiyyət isə təhlükəsizlik sistemini dağıdaraq və faktiki olaraq müqavimətdən imtina edərək, düşmənin artan tələblərini stimullaşdırır."

Çalabyan hesab edir ki, Ermənistan indi iki seçim qarşısındadır: ya yeni bir müharibə, ya da birtərəfli güzəştlər. O, hazırkı hakimiyyətin müharibəyə hazırlıqsız olduğunu və saxta "sülh gündəliyi" ilə xalqı aldatmağa davam etdiyini vurğulayıb: "Hər il düşmən ölkəmizdən ( ?! ) yeni bir parça qoparır. İndi isə artıq açıq şəkildə hər hansı sülhdən imtina edir."

O, çıxışını bu fikirlə tamamlayıb: "Həqiqi sülh üçün biz hər zaman müharibəyə hazır olmalıyıq. Daha güclü, həmrəy və qətiyyətli olacağıqsa, düşmənin tələbləri də bir o qədər azalacaq. Əgər bu prosesin qarşısını almaq istəyiriksə, öz daxili parçalanmalarımızı, şəxsi ambisiyalarımızı kənara qoymalı, bu rejimin zərərli təsirindən qurtulmalı və ölkənin  idarəetmə məsuliyyətini üzərimizə götürərək bu böhrandan çıxış yolu tapmalıyıq."

Çalabyanın bu sözləri Ermənistan mediasında geniş müzakirəyə səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr