AZ

Bild: Şoltsun partiyası Alman və Rusiya sualtı qayıqlarını səhv saldı– ÖZƏL

Olaylar.az xəbər verie ki, Almaniyanın kansleri Olaf Şoltsun rəhbərlik etdiyi Sosial-Demokrat Partiyasının nümayəndələri Almaniya ordusunun sifariş verdiyi sualtı qayıqla Rusiyanın "Varşavyanka" tipli sualtı qayığını səhv salıb. Bu barədə Almaniyanın Bild qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Bundersver (Almaniya ordusu) "Thyssenkrupp Marine Systems" şirkətindən dörd ədəd U212CD sinifli Alman sualtı qayıqlarını sifariş edib. Bu müqavilənin dəyəri 4,7 milyard avro təşkil edir. Ancaq həmin şirkətin yerləşdiyi Kiel şəhərindən olan Sosial-Demokrat siyasətçilər, Instagram-da Rusiyaya məxsus 636 layihəli "Varşavyanka" sualtı qayığının fotosunu paylaşaraq yazıblar: "Bundestaqın qərarı təhlükəsizliyimizi gücləndirir."

Səhv edən siyasətçilər kimi, Bild qəzeti Bundestaq deputatı Kristian Klink və Kiel seçki dairəsindən deputatlığa namizəd Kristina Şubertin adını çəkib. Qısa müddət sonra hər iki siyasətçi səhvi qəbul edib və paylaşımı düzəldib.

Kristian Klink məsələyə belə aydınlıq gətirib:
"Səhv etməyimin səbəbi sosial şəbəkədəki paylaşımı kifayət qədər diqqətlə yoxlamamağımdır," - deyə Bild onun sözlərini sitat gətirir.

Qəzet əlavə edir ki, bu, oxşar səhvlərlə bağlı ilk hal deyil. Daha əvvəl Hindistan mediası Almaniya prezidenti üçün nəzərdə tutulan Berlinin Belvyu Sarayının fotosunu paylaşaraq onu Hindistanda yerləşən elit məktəb kimi təqdim edib. Bild şərhçisi bu səhv haqqında zarafatla qeyd edib:
"Bizim federal prezident bir anda internat məktəbinin direktoru oldu."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
olaylar.az

1Mənbələr