Bakı. Trend:
Kaliforniya ştatında davam edən güclü meşə yanğınları iləəlaqədar ABŞ vitse-prezidenti Kamala Harrisin evi də əhalinintəxliyyə zonasına düşüb.
Trend xəbər verirki, bu barədə NBC News məlumat yayıb.
Məlumata görə, Harrisin evinin yerləşdiyi rayon ərazisindəyanğının güclənməsi səbəbindən təxliyyə zonası elan edilib.Vitse-prezidentin özünün hal-hazırda Vaşinqtonda olduğudeyilir.
Xatırladaq ki, Kaliforniyada başlayan meşə yanğınlarının çevrəsiküləyin təsiri ilə genişlənməkdədir və hazırda 300 hektardan çoxərazini əhatə edir. Təkcə Los-Ancelesdən 30 min nəfərin təxliyyəolunmasına göstəriş verilib.