Hindistanda kömür mədəni çöküb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Assam əyalətinin Quvahati şəhərindən təxminən 200 kilometr aralıda yerləşən ərazidə baş verib.
Səlahiyyətlilər şaxtanın su dolması səbəbindən çökdüyünü açıqlayıb. 9 işçinin təxminən 90 metr dərinlikdə qaldığı bildirib.
Hadisə yerinə çox sayda xilasetmə qüvvəsi cəlb edilib. Ordu qrupları dalğıc, helikopter və mühəndisləri xilasetmə işlərinə cəlb edib.
Billurə