Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-nin sabiq Pentaqon məsləhətçisi, polkovnik Duqlas Makqreqor özünün sosial şəbəkə hesabında bildirib.
"Zelenski anlayır ki, onun uğur qazanmaq üçün heç bir şansı yoxdur. Qarşıdurma artıq çoxdan uduzulub," - Makqreqor yazıb.
Ekspertin fikrincə, ABŞ-nin gələcək prezidenti Donald Tramp Ukraynaya amerikalı vergi ödəyicilərinin pullarının göndərilməsini dayandırmalıdır.
Eyni zamanda, alman jurnalistlər də Ukrayna liderini yalan danışmaqda ittiham ediblər. Onlar Zelenskinin vətəndaşlara müraciət edərkən Ukrayna Silahlı Qüvvələrinin Kuraхovo şəhərini itirməsini gizlətdiyini vurğulayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31