AZ

Rəcəb Tayyib Ərdoğan: “Terrorsuz Türkiyə hədəfimizə nail olacağıq''

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Terrorsuz Türkiyə hədəfimizə nail olacağıq''.

Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında keçirilən “Valilər görüşündə” çıxış edib.

Bölgənin çox mühüm dövrdən keçdiyini deyən Rəcəb Tayyib Ərdoğan Suriyada baş verən hadisələrin Türkiyəni yaxından maraqlandırdığını vurğulayıb.

61 illik Bəəs rejiminin süquta uğraması və 13 illik münaqişənin sona çatması ilə Suriyada yeni dövrün başladığını xatırladan Rəcəb Tayyib Ərdoğan suriyalıların öz evlərinə sülh içində qayıtmasının təmin edilməsinin həm humanitar vəzifə, həm də regional sabitlik üçün strateji prioritet olduğunu deyib.

Könüllü olaraq vətənlərinə qayıtmaq istəyən suriyalılara hər cür rahatlığı təmin etdiklərini deyən Rəcəb Tayyib Ərdoğan heç kimin zorla göndərilməyəcəyini vurğulayıb.

R.T.Ərdoğan Suriyada artıq yeni administrasiyanın olduğunu və Suriyanın gələcəyinin bu administrasiyanın qurucu iradəsi ətrafında formalaşacağına diqqət çəkdi.

Türkiyə Prezidenti R.T.Ərdoğan deyib: Suriyadakı hakimiyyət dəyişikliyi nəticəsində həm Türkiyənin, həm də regionun gələcəyi üçün yeni fürsətlər yaranıb. Terrorsuz Türkiyə hədəfimizə nail olacağıq''.



Seçilən
15
trt.net.tr

1Mənbələr