AZ

Ümid edək ki, Ermənistan İlham Əliyevin dediklərindən düzgün nəticə çıxaracaq- ÖZƏL

"Bu gün yerli televiziya kanallarına verdiyi intervüdə  Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistanla bağlı dediklərindən ümid etmək istərdim ki, qarşı tərəf düzgün nəticə çıxaracaq". "Olayalar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Haylar  NATO-nun  "mülki missiyası"nın qalma müddətini uzatmaq və Fransa kimi yırtıcı dövlətlərdən silah-sursat almalarına  haqq qazandırmaq üçün sərhəddə gərginlik yaratmağa çalışmaqdansa, real sülh haqda düşünməli, bunun üçün gərəkən addımları atmalı, ilk növbədə faşizm ideologiyasından imtina etməlidirlər. Dövlət başçımız çox açıq şəkildə bildirdi ki, hay faşizminə Ermənistan rəhbərliyi son qoymasa, bunu Azərbaycan özü edəcək. Azərbaycan hay faşizmini məhv etməyə qalxanda nə baş verəcəyini isə yəqin ki,  açıqlamağa ehtiyac yoxdur. Əslində cənab Prezidentin Zəngəzur dəhlizi ilə bağlı söylədiklərindən də bunu  anlamaq olur.
Dövlət başçımız açıqca bildirir ki, biz  Ermənistanı  indən sonra da özlərinin dedikləri kimi bufer funksiyası yerinə yetirməyə, yəni  Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə olaraq qalmağa qoymayacağıq. "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır", - bu xəbərdarlıq da cənab İlham Əliyevinkidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
41
1
olaylar.az

1Mənbələr