AZ

Metanol istehsalında 22 min tondan çox artım - Rəqəmlər

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 468 min 200 ton miqdarında metanol (metal spirit) istehsal edilib.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, metanol istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1% və ya 22 min 700 ton çoxdur. 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 445 min 500 ton miqdarında metanol (metal spirti) istehsal edilib.

Ötən ilin dekabrın biri vəziyyətinə görə, ölkədə hazır metanol ehtiyatının miqdarı 12 min 700 ton olub ki, bu da, illik müqayisədə 400 ton çoxdur.

Əvəz Həsənov

Seçilən
32
valyuta.az

1Mənbələr