"Barselona"nın baş məşqçisi Hans-Ditter Flik komandanın vingeri Lamin Yamalın son durumunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano alman mütəxəssisin dediklərini belə çatdırıb:
"Lamin bir neçə gündür məşq edir. O, hazırdır və İspaniya Superkubokunun yarımfinalında "Atletik Bilbao" ilə qarşılaşmada iştirak edə biləcək".
Qeyd edək ki, 17 yaşlı futbolçu İspaniya La Liqasının 17-ci turunun "Leqanes"lə oyununda (0:1) topuq nahiyyəsindən ciddi zədə alıb.
"Atletik"lə Superkubok matçı bu gün, yanvarın 8-də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Yamal bu mövsüm "Barselona"da 21 oyun keçirib, 6 qol vurub və 12 məhsuldar ötürmə edib.
Mirağa