AZ

Wall Street Journal: “Əsəd rejiminin məhvi İranın ambisiyasına ağır zərbə vurub”

Rusiya Suriyada hərbi bazaların mövcudluğunu davam etdirmək üçün Dəməşqin yeni rəhbərləri ilə razılığa gələ bildiyi halda, İran öz qüvvələrini bu ölkədən çıxarmaq məcburiyyətində qalıb. Bu barədə “The Wall Street Journal” yazır.

Nəşrin sözlərinə görə, uzun müddət İranın himayəsində olan Əsəd rejiminə qarşı döyüşən Suriyanın yeni rəhbərləri Tehranı təhdid kimi görürlər.

“Təhrir əş-Şam Əsəd rejimini devirməklə İslam Respublikasının planlarının qarşısını alıb. İranın yaraqlılarını məhv etməklə və Suriyanın qapılarını İranın təsirinə bağlamaqla Təhrir əş-Şam bölgənin maraqlarına xidmət edib”, deyə, nəşrdə vurğulanıb.

Ülviyyə, Hurriyyet.az

Seçilən
11
1
hurriyyet.az

2Mənbələr