AZ

Trüdodan Trampa cavab: Kanada heç vaxt ABŞ-ın bir hissəsi olmayacaq

Kanadanın baş naziri Castin Trüdo bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın çoxsaylı bəyanatlarına baxmayaraq, ölkəsi heç vaxt ABŞ-ın bir hissəsi olmayacaq...

Poliqon xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

"Kanadanın ABŞ-ın bir hissəsi olmaq şansı yoxdur", deyə Trüdo bildirib.

Kanada hökumətinin başçısı əlavə edib ki, hər iki ölkənin işçiləri və icmaları ticarət və təhlükəsizlik sahəsində ən böyük tərəfdaş olmaqdan faydalanır.

BBC qeyd edir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp son həftələrdə Kanadanın "ABŞ-ın 51-ci ştatı" olması barədə fikirlərini dəfələrlə açıqlayıb.

"Bu süni xəttdən (sərhəddən-red.) xilas olacaqsınız... Bu, həm də milli təhlükəsizlik üçün xeyli yaxşı olacaq. Kanada və ABŞ - bu, həqiqətən böyük bir şey olacaq", deyə Tramp çərşənbə axşamı Floridadakı evində Mar-a-Laqoda keçirdiyi mətbuat konfransında bildirib.

O, həmçinin ölkə ABŞ-la ortaq sərhəddə təhlükəsizliyi gücləndirmək üçün tədbirlər görməsə, Kanada mallarına "əhəmiyyətli" tariflər tətbiq etməklə hədələdiyini təkrarlayıb.

Poliqon.info

Seçilən
6
50
poliqon.info

10Mənbələr