Bəs, bu hadisələr Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
İqtisadçı ekspert Fuad İbrahimov Demokrat.az-a açıqlamasında qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərq böhranı dünya iqtisadiyyatına təsir edir:
“Müəyyən bölgələr və ölkələr çalışır ki, bundan mənfəət götürsün. Digərləri isə əlbəttə ki, bu təsirlərə məruz qalırlar. Rusiya-Ukrayna müharibəsində enerji müstəvisindəki olan sanksiyalar ən böyük Avropa məkanını sarsıtmış oldu. Qaz ixracı ilə bağlı kifayət qədər Avropa iqtisadiyyatında sıxılmalar oldu. Müəyyən qənaət rejiminə keçid oldu. Bu münaqişə davam etdikcə, bu prosesdə davam edir. Kifayət qədər bunu alternativ enerji ilə əvəz olunması istiqamətində sərmayələr yatırılır. Bununla yanaşı bir çox ölkələr sıxılmış qazın bazara daxili olması ilə bağlı infrastruktur dəyişikliklərə gedirlər. Bu da öz növbəsində kifayət qədər sərmayələr tələb edir. Böyük bir region kifayət qədər nəzərdə tutulmayan, proqnozda olmayan, yaxın perspektivdə gözlənilməyən xərclərlə üzləşib. Bununla yanaşı Rusiya-Ukrayna müharibəsi şərqlə qərbin arasındakı olan enerji daşıyıcıları ilə yanaşı, ogistik nəqliyyat dəhlizlərini də iflic vəziyyətə gətirib”.
İqtisadçı diqqətə çatdırıb ki, Azərbaycan ərazisi kifayət qədər elastikliyini qoruyub saxlayır:
“Eyni zamanda nəzər almaq lazımdır ki, bizim də texniki cəhətdən yük aşırma qabiliyyətimizin bir həddi var. Yəni, Avropa ilə Çin arasındakı olan 750 milyard dollarlıq ticarət dövriyyəsi öz üzərimizə götürə bilmərik. Çünki texniki cəhətdən bu mümkün deyil. Bu sahəni şahələndirməliyik və imkanları artırmalıyıq. Maksimal şəkildə bu sahədə proses gedir. Zəngəzur dəhlizini hərəkətə gətirə bilsək, bu da öz növbəsində gördüyümüz işlərə töhfə verəcək. Mükəmməl xarici siyasət və eyni zamanda region ölkələri ilə xoş qonşuluq siyasətimiz Azərbaycan iqtisadiyyatına çox təsir edir. Zaman nöqtəyi-nəzərindən Azərbaycandan keçən dəhlizi heç bir qüvvə hazırda əvəz edə bilmir. Yəni, bu baxımdan cazibədarlıq daha da artıb. Sadəcə olaraq texniki cəhətdən imkan olmalıdır ki, hər bir istəyi həyata keçirə bilək”.
Leyla
Demokrat.az
10Mənbələr
-
xalqqazeti.az“Jewish Press” Ərdəbil imamının təxribatçı çıxışından yazıb ( 15092715)
-
demokrat.azKreml hədiyyə yağdırdığı ekspertlər, siyasətçilərə dur deməlidir — Millət vəkili ( 15090039)
-
globalinfo.azKreml Bakıya qarşı onları meydana sürə bilər – 3 hədəf var ( 15078833)
-
aia.az"İran özünün düşmənçilik yolundan əl çəkməsə, iki ölkə arasındakı münasibətlər daha da pisləşəcək" - Deputat ( 15074903)
-
baki-xeber.comİran hakimiyyətində "gizli əl"(?) Azərbaycanla münasibəti daim pozur... ( 15072899)
-
referans.azTehranın Bakı ilə bağlı gizli niyyəti: Əliyevin mesajından sonra iki gözlənilməz qərar ( 15067905)
-
newscenter.azBakı Tehrana toksik siyasətdən əl çəkməyi tövsiyə edir ( 15062391)
-
oxu.azTehranın Azərbaycana münasibəti – Müsəlman dövlətlərə yanaşmanın göstəricisi ( 15037075)
-
moderator.azTehranın Azərbaycana münasibəti – müsəlman dövlətlərə yanaşmanın göstəricisi - ŞƏRH ( 15033571)
-
report.azTehranın Azərbaycana münasibəti – müsəlman dövlətlərə yanaşmanın göstəricisi - ŞƏRH ( 15033127)