Fransa millisinin baş məşqçisi Didye Deşam 2026-cı ildə millidəki karyerasını başa vuracağını açıqlayıb.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.
“2012-ci ildən buradayam, hər şey 2026-cı il dünya çempionatından sonra bitəcək. Heç vaxt yaxşı gedən bir şeyin dayanmasını istəmirsiniz. Amma dayan deməyi bacarmalısan”, – Deşam bildirib.
Mütəxəssis əlavə edib ki, o, Fransa millisinə rekord müddət ərzində rəhbərlik edib, lakin şəxsi nailiyyətlər barədə heç vaxt düşünməyib. “Ən vacibi odur ki, Fransa komandası uzun illər olduğu yerdə zirvədə qalır”, – deyə o bildirib.
Qeyd edək ki, Deşamın rəhbərliyi altında Fransa yığması 2018-ci il Dünya Kubokunun qalibi olub və Millətlər Liqasının qalibi olub. Bundan başqa, mütəxəssis üçrənglilərlə birlikdə dünyanın və Avropanın vitse-çempionu olub.