AZ

2024-cü ildə Rusiyadan 80 minə yaxın miqrant deportasiya edilib

2024-cü ildə Rusiyadan miqrasiya qaydalarını pozan 80 min nəfərdən çox miqrant məcburi şəkildə deportasiya edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya FSSP-nin mənbələri məlumat verib.

"2024-cü ilin dekabr ayına qədər məhkəmələrin qərarlarına əsasən, 80 min nəfərdən çox xarici vətəndaş və vətəndaşlığı olmayan şəxslər Rusiyadan deportasiya edilib", - agentliyə müsahibə verən mənbə bildirib.

2023-cü il ərzində isə Rusiya hüdudlarından 44,2 min nəfərdən çox xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs 60 ölkəyə deportasiya edilib. 2022-ci ildə isə 26,6 min nəfər 47 ölkəyə deportasiya olunub. Əvvəllər Rusiya üzrə Baş İcra Hakimiyyəti Dmitri Aristov bildirib ki, 2017-2022-ci illər ərzində Rusiyadan miqrasiya qanunvericiliyini və əmək qanunvericiliyini pozan təxminən 200 min miqrant deportasiya edilib.

 

Seçilən
9
operativmedia.az

1Mənbələr