AZ

Ali Məhkəmə oğurluqda təqsirləndirilən şəxslə bağlı bəraət hökmünü qüvvədə saxladı

Ali Məhkəmədə külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Rəşad Əliyevin barəsindəki hökmdən verilən kassasiya protestinə baxılıb.

E-huquq.az-ın məlumatına görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə protest təmin olunmayıb. R.Əliyev barəsindəki bəraət hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham olunan R.Əliyevin təqsiri sübuta yetirilmədiyindən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona bəraət verilib. Sirvan Apellyasiya Məhkəməsi həmin hökmdən verilən şikayəti təmin etməyib və birinci instasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Şəbnəm Mehdizadə
Seçilən
26
3
e-huquq.az

4Mənbələr