AZ

"QHT-lər 2025-ci ildə sosial dəstək aksiyasına başladı" - QHT sədri

Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi və Ümid Yolu Xeyriyyə İctimai Birliyi 2025-ci ildə əməkdaşlıq əlaqələrini davam etdirir.

QHT.az xəbər verir ki, bu barədə Neftçalada Qadınların Sosial Inkişafına Dəstək Ictimai Birliyinin sədri Gülqədəm Mirzəzadə məlumat verib. Onun sözlərinə görə, İctimai Birliklər 2025-ci ildə icra etdiyi ilk sosial dəstək aksiyasını “Yalnız özün üçün deyil” adlandırıb:

"İctimai Birliklərin əməkdaşları 06 Yanvar 2025-ci ildə  Neftçalada yeddi həssas ailə görüşüb qayğıları ilə maraqlanıb. Ailələrə ərzaq yardımı təqdim edilib. İki ailənin hüquqi problemi qeydiyyata alınıb, ödənişsiz hüquqi yardım xidməti göstərilməsi üçün Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin hüquqşünası ilə əlaqələndirilib. Yeni ilin ilk günlərində Neftçala rayonunun beş icmasında azyaşlılarla görüşərək yeni il hədiyyəsi təqdim edilib".

Seçilən
39
qht.az

1Mənbələr