Fransa millisinin baş məşqçisi Didye Deşam baş məşqçi postunu tərk edəcəyi tarixi açıqlayıb.
"Operativ Media" xəbər verir ki, o, 2026-cı ildə keçiriləcək dünya çempionatından sonra Fransa millisindən ayrılacaq. Bu haqda o, Fransa kanalına verdiyi musahibədə bildirib.
Qeyd edək ki, Didye Deşam 2012-ci ilin yayından Fransa millisinin baş məşqçisi vəzifəsini yerinə yetirir.