AZ

Markus Raşfordun agenti İtaliyaya yollandı

"Mançester Yunayted"in hücumçusu Markus Raşfordun İtaliya nəhənginə keçidi reallaşmaq üzrədir.

Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı "The Athletic"in jurnalisti Louri Uaytvell yayıb.

Xəbərə görə, Raşfordun agenti onu icarəyə götürmək istəyən "Milan"la danışıq aparmaq üçün İtaliyaya yollanıb. Mənbə tərəflərin bu gün bir araya gələcəklərini vurğulayıb.

Qeyd edək ki, cari mövsüm MY forması ilə bütün turnirlərdə 24 matça çıxan Markus 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı ön xətt oyunçusunun transfer qiymətini 55 milyon avro ilə dəyərləndirir.

Nihat

Seçilən
32
fanat.az

1Mənbələr