AZ

Növbəti hərracda dövlət müəssisəsi özəlləşdirilib - DETALLAR

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda kiçik dövlət müəssisəsi özəlləşdirilib.

Xocalıda faydalı qazıntı yatağı - HƏRRACA ÇIXARILDI - QİYMƏT

FED.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hərracda Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Aeroport magistral yolunun 11-ci kilometri ünvanında yerləşən "Bakı Beton Konstruksiyaları" MMC özəlləşdirilib. 50 nəfər işçisi olan müəssisə 6 150 000 manata özəlləşdirilib. Qeyd edək ki, hərracda ilkin satış qiyməti ilə yekun satış qiyməti eyni olub.

Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.

7 yanvar 2025-ci il tarixində Bakı şəhəri üzrə keçirilmiş hərracda satılan kiçik dövlət müəssisəsi haqqında məlumat :

Tabe olduğu təşkilatın adı

Ümumi sahəsi (kv.m)

Özəlləşdirilən torpaq sahəsi (kv.m)

Hərraca çıxarılan ümumi ilkin satış qiyməti (manat)

Hərracda satılan yekun satış qiyməti (manat)

Sərəncamın №-si və tarixi

1

AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs

9267,3

64483

6150000

6150000

№ 84 17.05.2024

Seçilən
34
fed.az

1Mənbələr