AZ

Aydın Hüseynov: Azərbaycanın göstərdiyi istiqrarlı davranışla beynəlxalq arenadakı nüfuzu artır”

2025-ci ildə də “Qarabağa Böyük Qayıdış proqramı”nın icrası sürətli şəkildə aparılacaq

Bunu  Milli Məclisin deputatı Aydın Hüseynov bildirb.

Deputat qeyd edib ki, 2024-cü il doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayan sakinlər üçün yaddaqalan oldu: “Ötən il Şuşa, Cəbrayıl və Xocalı şəhərlərinə, Sus və Ballıca kəndinə ilk dəfə köç baş tutdu. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri davam etdirilir. İlk növbədə, müasir infrastruktur qurulur, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün şərait yaradılır. İndiyə qədər 5 şəhər, 5 kənd olmaqla, 10 yaşayış məntəqəsi üzrə köçürülmə olub. Azərbaycanın göstərdiyi istiqrarlı davranış ölkəmizin beynəlxalq arenadakı nüfuzunu və bölgəyə olan marağı günü-gündən artıraraq, xarici investisiyaların prioritetlərinin dəqiq müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır.

Aydın Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən “Böyük Qayıdış”la bağlı 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı işğaldan azad edilmiş torpaqlarımıza yenidən həyatın qaytarılmasında mühüm rola malikdir. Dövlətimiz tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrasturukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir. Bir zamanlar dədə-baba yurdlarını tərk etməyə məcbur qalan soydaşlarımız indi doğma torpaqlarına ləyaqət və böyük fəxrlə qayıdırlar. Hazırda işğaldan azad olunmuş ərazilərdə 30 min nəfərdən çox yurddaşımız məskunlaşıb. Bunun çox böyük tarixi əhəmiyyəti var deyə millət vəkili qeyd edib.

Seçilən
41
xalq.az

1Mənbələr