Son günlər Afrika ölkələrindən qovulan Fransanın bəyanatları reaksiyalara səbəb olub.
Publika.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron oradan qovulmadıqlarını və qarşılıqlı qərarla ayrıldıqlarını iddia edib.
Seneqalın Baş naziri Ousmane Sonko bildirib ki, bu iddia Seneqal üçün yanlışdır: “Seneqal öz iradəsini istifadə edib. İkinci Dünya Müharibəsində zorla səfərbər edilən afrikalı əsgərlər olmasaydı, Fransa yəqin ki, bu gün Almaniyaya aid idi”.
Daha sonra Makron deyib ki, Afrika liderləri Fransanın Saheldə terrorla mübarizə səylərinə təşəkkür etməyi unudublar.