AZ

Paşinyan yanvarda keçiriləcək növbəti görüşə münasibət bildirib – ÖZƏL

Yaxın zamanlarda Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyaların nümayəndələrinin növbəti görüşü keçiriləcək. Görüşlərə başçılıq edəcək şəxslər Ermənistanın baş nazir müavini Mger Qriqoryan və Azərbaycanın baş nazir müavini Şahin Mustafayevdir. 

Olaylar.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan buna hazır olduqlarını bəyan edib. 

"Bəli, yanvarda görüş planlaşdırılıb. Əminəm ki, 2024-cü ildəki müsbət demarkasiya təcrübəsi sakit və işgüzar şəraitdə inkişaf etdirilməlidir. Biz belə bir işə hazırıq", - Paşinyan əlavə edib.

Qeyd edək ki, yanvar ayında keçiriləcək görüş barədə ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
55
olaylar.az

1Mənbələr